Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi

Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi
KRİMİNAL
17:41 23.05.2023
899
Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə rayon məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib və M.Şahbazovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumat Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqlənib.

Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayonunun ərazisində qeydə alınıb.
Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Şahbazov şübhəli şəxs qismində tutulub.
 
///Report
OXŞAR XƏBƏRLƏR