Qardaş tövləyə heyvanları yemləmək üçün gedən bacısına təcavüz edib.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Şanlıurfa vilayətində baş verib.
Qardaş iki il ərzində bacısını müntəzəm surətdə seksual zorakılığa məruz qoyub. Nəticədə isə bacı Y.D.-dən hamilə qalıb.
Hadisə 2010-cü ildə baş verib. Əsgərlikdən qayıdan 25 yaşlı oğlan ailəsi ilə birlikdə yaşamağa başlayıb. Bir gün bacısı (həmin vaxt F.D. 15 yaşında olub) axurda heyvanları yemləyən zaman qardaş onu zorlamağa çalışıb və istəyinə nail olub. Qızı qorxudan qardaş bu əməlini 2010-cu ildən 2012-ci ilin iyun ayına qədər davam etdirib.
Günlərin birində isə F.D. qarın ağrısı çəkdiyindən xəstəxanaya gətirilib və onun 7 aylıq hamilə olduğu məlum olub. O, azyaşlı olduğundan xəstəxana əməkdaşları hadisə ilə bağlı polisə məlumat veriblər. Jandarma qızı sorğu-sual edib və F.D. hər şeyi onlara danışıb.
İfadə verən F.D. qardaşından şikayətçi olmadığını dilə gətirib. Aparılan DNT testi nəticəsində uşağın Y.D.-nin olması təsdiqini tapıb. Oğlanın barəsində “azyaşlıya qarşı cinsi istismar” maddəsi üzrə cinayət işi açılaraq, 15 il müddətinə həbs olunması tələb olunub.
Bacı ya qorxduğundan, ya da öz razılığı olduğu üçün Y.D.-dən şikayət etmədiyindən, məhkəmə qardaşın cinayət işinə xitam verib.