Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
SOSİAL
10:26 07.09.2026
49
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb.
 
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, F.Poladov bacısı ilə Ramalın münasibətini öyrənib. O, "Tiktok” sosial şəbəkəsində bacısının Ramalla əl-ələ fotosunu görüb, həmçinin həmin şəxsin tez-tez "Vaz” markalı avtomobillə yaşadığı evin qarşısına gəldiyini bilib.

Bundan sonra F.Poladov Ramalı yaşadıqları evin yaxınlığına çağırıb. Gecə saat 02 radələrində baş tutan görüş zamanı yeniyetmə oğlan Ramala avtomobildə bıçaqla hücum edərək zərbələr endirib. R.Quliyev kəskin qan itirmədən ölüb.

Məhkəmənin hökmü ilə F.Poladova 9 il 6 ay həbs cəzası verilib.
 

 


OXŞAR XƏBƏRLƏR