Bacısının başını kəsən qızdan ağlagəlməz izah: ‘Yuxuda vəhy gəldi’ - VİDEO

KRİMİNAL
00:04 24.10.2014
8144

Bakıda tələbə qızın vəhşiliklə qətlə yetirilməsinin səbəbi məlum olub.

AZXEBER.COM APA TV-yə istinadən məlumatına görə, qətli törədən şəxs, 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını “Allahın tələbi ilə öldürdüyünü” deyib. Pərvanə Nuriyeva bildirib ki, gecə saatlarında yuxuda ikən ona vəhy gəlib və “bacını öldür, vaxtı yetişib” deyilib. Suraxanı rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədovaaçıqlamasında qətlin şəxsi münasibətlər zəminində baş verdiyini deyib:“Aparılan araşdırmalar zamanı məlum olub ki, Günel Nuriyevanı 1995-ci il təvəllüdlü bacısı Pərvanə Nuriyeva öldürüb. İstintaq zamanı müəyyən edilib ki, hadisə bacılar arasında yaranan şəxsi münasibətlər zəminində baş verib”.Qeyd edək ki, hadisəni törədən P.Nuriyeva barəsində bu gün məhkəmənin hökmü ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, istintaq araşdırmaları davam edir. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR