Bağdadda dron hücumu: 3 nəfər ölüb

Bağdadda dron hücumu: 3 nəfər ölüb
DÜNYA
13:58 08.02.2024
164
İraqın paytaxtı Bağdadda avtomobilə pilotsuz təyyarə ilə təşkil edilən hücumda 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verirki, İraqın paytaxtı Bağdadın Məştəl rayonunda avtomobil pilotsuz təyyarə ilə vurulub.Hücumda 3 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.

Həyatını itirənlər arasında İraq İslami Müqaviməti çətiri altında olan Hizbullah Briqadalarının Maddi-Texniki Təminat Mütəxəssisi Əbu Bəkr əl-Səidi və Hizbullah Briqadaları İnformasiya Mütəxəssisi Erkan Əl-İlyavi də olduğu açıqlanıb.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələ bilinməsə də, İordaniyada 3 ABŞ əsgərinin ölümündən sonra ABŞ Suriya və İraqdakı İranyönlü qrupları hədəfə alıb.

Nəzrin
OXŞAR XƏBƏRLƏR