Bağdadda Ərəb Liqasının Sammitinə hazırlıqlar davam edir

Bağdadda Ərəb Liqasının Sammitinə hazırlıqlar davam edir
DÜNYA
12:17 14.05.2025
281
İraqın paytaxtı Bağdad Ərəb Liqasının 34-cü sammitində iştirak edən nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdad Ərəb Liqasının mayın 17-də keçiriləcək 34-cü sammitində iştirak edəcək nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır.
 
Sammitdə Fələstin, Livan və Suriya məsələləri müzakirə olunacaq.

İraq hökuməti ərəb ölkələrinin liderlərinə mayın 17-də Bağdadın Yaşıl Zonasında Hökumət Sarayında keçiriləcək sammitdə iştirak etmək üçün dəvət məktubları təqdim edib.

Ərəb Liqasının Bağdadda sonuncu Sammiti 2012-ci ildə keçmiş baş nazir Nuri əl-Malikinin dövründə keçirilib.

Sammitdə əsas prioritetin İsrailin Fələstin torpaqlarına hücumları olacağı gözlənilsə də, görüşdə Livan və Suriyadakı hadisələrin də qiymətləndiriləcəyi bildirilib.

İraq hökuməti bütün müvafiq təhlükəsizlik qurumları ilə birlikdə sammitin uğurla keçirilməsini təmin etmək və iştirakçı nümayəndə heyətləri üçün təhlükəsiz və sabit mühiti təmin etmək üçün fövqəladə tədbirlər görür.

Bağdad Əməliyyat Komandanlığı "çevik və dəyişkən" təhlükəsizlik planının hazırlandığını açıqlayıb.

İraq hökumətinin sözçüsü Basim Əl-Avvadi mətbuata açıqlamasında Bağdadda keçiriləcək sammitin "ən mühüm ərəb zirvələrindən biri" olacağını bildirib.

İraqın "doğru addımlarla" bölgədə yeni inkişaflara hazırlaşdığını paylaşan Əvvadi, Ərəb bölgəsində yaşanan bütün böhranların və problemlərin Bağdad Zirvə Toplantısının gündəminə güclü şəkildə daxil ediləcəyini, danışıqlarda bölgənin üzləşdiyi əsas problemlərin prioritet olaraq müzakirə ediləcəyini qeyd edib.

Gülay
OXŞAR XƏBƏRLƏR