İraqın şimalında PKK hədəflərinə qarşı başlaması gözlənilən əməliyyatla bağlı Xarici Siyasət üzrə mütəxəssis Can Acun diqqətçəkən açıqlamalar verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda yeni əməliyyat üçün tutacağı mümkün yolu dəyərləndirən araşdırmaçı Can Acun bildirib ki, terror təşkilatı PKK-nın silahlı ünsürləri Türkiyə daxilində geniş miqyasda məhv edilib.
Can Acun qeyd edib ki, təşkilat sərhədyanı hərbi əməliyyatlarla təzyiq altında qalmağa davam edir.
O, İraqda mövcud əməliyyatları tamamlamaq üçün yeni əməliyyatların təşkil edilməsinin nəzərdə tutulduğunu da bəyan edib:
"Bağdadla aparılan son danışıqlar Türkiyənin daha əhatəli əməliyyatlar təşkil etməsinə yol açıb. Türkiyə və İraqın siyasi, hərbi və iqtisadi maraqları bir-birinə yaxınlaşsa da, burada İranın münasibəti önəmli olacaq. Neqativ yanaşma ilə Bağdada mənfi təsir göstərməsə, iki ölkənin terrorla mübarizədə əməkdaşlıq etməsi mümkündür”, - deyə o bildirib.
Oksana