Badamdarda nasosxananı ildırım vurdu - Qəsəbə susuz qaldı

Badamdarda nasosxananı ildırım vurdu - Qəsəbə susuz qaldı
SOSİAL
21:24 13.06.2017
1206
Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla əlaqədar qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaq.
 
"Azərsu" ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.
OXŞAR XƏBƏRLƏR