Badamdarda təhlükədə: iri qaya parçası qopdu və...

Badamdarda təhlükədə: iri qaya parçası qopdu və...
SOSİAL
20:19 23.11.2018
7139
Badamdar sürüşmə sahəsində iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AZXEBER.COM-a bildirilib ki, Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir. Monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:

"Son günlər yağan yağış nəticəsində sürüşmənin yuxarı hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb. Monitorinqlər davam etdirilir".
OXŞAR XƏBƏRLƏR