Bahalı və göstərişli toylar evliliyin ömrünü qısaldır

Bahalı və göstərişli toylar evliliyin ömrünü qısaldır
MARAQLI
16:36 17.10.2024
426
"İndi bəylə gəlindən başqa hamının xoşbəxtliyi hesab edilən toylar görürük”.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin məşhur uzman psixoloqu Arzu Hamurcu deyib.
 
İnsanların bir-biri ilə yarışaraq toyları bahalı şouya çevirdiyini deyən ekspert psixoloq Arzu Hamurcu bunları əlavə edib:
  
"Əslində toyu cütlüklərin bir araya gəldiyini qeyd etmək üçün nəzərdə tutulan simvolik mərasim adlandıra bilərik. Onlar bununla, birlikdə olduqlarını qeyd edirlər. Amma toyun indiki tərifi bir az fərqlidir.
 
Toy insanların bir-birilə yarışdığı, lüzumsuz xərclərin olduğu şou sahəsinə çevrilib. Bu vəziyyət təbii ki, cütlüklərdə böyük stress və təzyiq yaradır. Çünki cütlüklər onsuz da normal münasibət qurmaq istəyirlər. Toyun maliyyə məsələləri isə onları həddən artıq stressə salır.
 
Bu proses uzun müddət də baş verə bilər. Çünki, toydan sonra bir müddət borc-xərc məsələləri ola bilir.
 
Türkiyənin hər yerində toya verilən məna çox fərqlidir. Məsələn, şərq bölgələrinə gedəndə görürük ki, insanın çəkisi qədər qızıl da taxılır. Yaxud da eyni şəkildə biz görürük ki, adət-ənənələr ciddi şəkildə böyük xərc tələb edir. Bu onu göstərir ki, bizə iki insanın xoşbəxtliyindən daha da önəmli olan şeylər var. Dəvətnamədə "Sizi ən xoşbəxt günümüzdə aramızda görmək istərdik” deyən bəylə gəlindən başqa hamı xoşbəxtdir və toy başqalarını xoşbəxt etmək üzərində qurulub. Yəni əvvəldən sona, qonaqların yeməklərindən tutmuş oturma düzəninə və bəlkə də onların planlaşdırdıqları bir musiqi sisteminə qədər bəylə gəlindən başqa hər kəsin mükəmməl xoşbəxtliyinə diqqət yetirilən məclis toya çevrilir. Bəs bunların içində bəy və gəlinin xoşbəxtliyini harda görürük?
 
Bununla belə, görürük ki, bəylə gəlin ilk rəqsi zamanı da toyun gərginliyindən danışırlar. Məsələn, toy zamanı baş verən böhranlardan danışdıqlarını görürük. Orada böhranın həlli bəylə gəlinin məsuliyyəti olmamalıdır. Çünki böhran əslində elə bir məqamdır ki, qonaqlar dözümlü davranmalı və böhrana çevrilməməlidir. Çünki bir çox kollektiv təşkilatlarda baş verə biləcək bir çox böhranlar var. Bu məqamda bunu böhrana çevirməmək üçün bir az daha dözümlülük tələb olunur. Deməli, buna daha dözümlü baxıb, mümkün problem kimi qiymətləndirə bilsək, təbii ki, toy məkanında və ya bir çox kütləvi təşkilatlarda böhranlar yarana bilər. Bəy və gəlin haqqında düşünürüksə, bu böhranları onlara çatmamış həll edə bilməliyik. Burada ailələrin vəzifələri ən böyük dəstək mexanizmləri olaraq ortaya çıxır. Əgər biz doğrudan da bəylə gəlinin ən xoşbəxt gününə şahid olmaq istəyiriksə, ailə olaraq onlara çox məsuliyyət qoymamalıyıq".
 
Oksana

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO