Bahar Muradova Obamanı tənqid etdi

Bahar Muradova Obamanı tənqid etdi
11:30 26.02.2013
1281

“ABŞ prezidenti Barak Obamanın Ağ evin rəsmi saytında Xocalı soyqırımının tanınması ilə bağlı yerləşdirilən və yüz mindən çox imza toplayan petisiyaya münasibət bildirməməsi qaydalara ziddir, yolverilməzdir. Əgər belə bir qayda varsa, Barak Obama buna əməl etməli, soyqırımına münasibət bildirməli idi”.

APA-nln xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan öz işini davam etdirməli, Xocalı soyqırımı ilə bağlı təbliğat davamlı olaraq aparılmalıdır.

OXŞAR XƏBƏRLƏR