Bahçelidən Ərdoğana dəstək: "Arazı ayırdılar, hətta qopardılar"

Bahçelidən Ərdoğana dəstək: "Arazı ayırdılar, hətta qopardılar"
DÜNYA
20:34 14.12.2020
1438
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləyib.
 
AZXEBER.COM xəbər verir ki, o, bu barədə öz tvitter səhifəsində yazıb:

"Bu dəfə mən də səslənirəm:

Arazı ayırdılar,
Mil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.

Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar".

OXŞAR XƏBƏRLƏR