Bahçelinin sağ qolu istefa verdi - MHP-də şok ayrılıq

Bahçelinin sağ qolu istefa verdi - MHP-də şok ayrılıq
DÜNYA
20:18 22.06.2016
1555

Partiyanın parlament fraksiyasının rəhbəri Oktay Vural vəzifəsindən istefa verərək “müxaliflərin” tərəfinə keçib

Milliyyətçi Hərəkat Partiyasından millət vəkili, partiyanın parlament fraksiyasına rəhbərlik edən Oktay Vural vəzifəsindən istefa edərək partiya daxili müxalifətə qatılıb. O.Vural Doğan Xəbər Agentliyinin müxbirinə verdiyi açıqlamada partiyada baş verən prosesi dəyərləndirdikdən sonra belə bir addım atdığını bildirib.
Yerli mətbuat isə Vuralın hələ bir müddət əvvəldən belə bir planı olduğunu, partiyada dəyişiklik olması ilə bağlı təkliflər irəli sürdüyünü yazır. Hətta MHP dəhlizlərində bir müddət öncədən Vuralın hazırkı vəzifəsindən istefa verərək“müxaliflərə”qatılacağı haqqında iddialar vardı. Hətta son olaraq MHP millət vəkillərinin hazırkı partiya sədri Dövlət Bahçeliyə dəstək müraciətinə O.Vural imza atmamışdı. Lakin həmin vaxt D.Bahçeli Vuralı müdafiə edərək, onun müxaliflərə yaxın olması iddialarını təkzib etmişdi. Ancaq eyni zamanda bir qədər əvvəl partiya sədrliyinə əsas iddiaçı Meral Akşener də mətbuata verdiyi açıqlamada O.Vural və bir neçə il əvvəl dünyasını dəyişmiş həyat yoldaşı ilə yaxın dostluğunun olduğunu demiş, ancaq buna baxmayaraq Oktay bəyi “rahat buraxdığını”, partiyadan ayrılması üçün təzyiq etmədiyini bildirib.
Gələn iddialara görə, Vurala yaxın olan bəzi yerli təşkilat rəhbərləri də “müxaliflər” tərəfə keçəcək. Yeri gəlmişkən, iyulda MHP-nin növbədənkənar qurultayı keçiriləcək və partiyaya yeni sədr seçiləcək. İyunun 19-da keçirilən nizamnamə dəyişikliyi qurultayı partiyanın hazırkı rəhbərliyinin bütün müqavimətinə baxmayaraq baş tutub. Müşahidəçilərə görə, iyulda keçiriləcək qurultayda Bahçeli də öz namizədliyini irəli sürəcək.
Müxalif qanaddan əsas namizəd isə keçmiş vitse-spiker Meral Akşener olacaq. Digər iddiaçıların isə şansları daha azdır. Bu səbəbdən də gözlənilir ki, Bahçeli və Akşener arasında mübarizədə digər namizədlərin dəstək verəcəyi təqdirdə Akşenerin qalib gəlmək şansları çoxdur. Lakin bəzi ekspertlərə görə, son anda Bahçelinin geri çəkilib namizədlərdən birini (Akşener deyil) dəstəkləməsi də mümkündür. Bütün bunlar qurultay öncəsi məlum olacaq.
Qeyd edək ki, həftənin ikinci günü istefa ərizəsini partiya sədrinə təqdim edən Oktay Vural MHP-də ən parlaq şəxslərdən biri hesab olunur. Partiyanın parlament fraksiyasının lideri olan Vural sərt çıxışları ilə məşhurdur. Siyasətə akademik həyatdan gələn O.Vural 1956-cı ildə Diyarbəkirdə anadan olub. İstanbul universitetində hüquq təhsili alıb, Ege Universitetində magistr dərəcəsi alıb, 1984-85-ci illərdə ABŞ-da doktorluq təhsilini davam etdirib. İzmir Dokuz Eylül Universitetində müəllim kimi fəaliyyət göstərib.
Bir müddət dövlət enerji şirkətlərində fəaliyyət göstərib. 1992-ci ildə Enerji və Təbii Ehtiyatlar Nazirliyində müşavir vəzifəsinə təyinat alıb. 1995-ci ild MHP-dən parlament seçkilərinə qatılıb. 1997-ci ildə Türkiyə Gübrə Sənayesi şirkətinə rəhbər təyin olunub. Bir il sonra isə Sənaye və Ticarət Nazirliyində nazir müşaviri təyin olunub. 1999-cu ildə MHP-dən deputat seçilib. 2001-ci ildə bir müddət Nəqliyyat naziri postunu tutub.
musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” festivalında - VİDEO
13:11 19.06.2026
Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” festivalında - VİDEO