Mədə və qarın ağrıları ilə xəstəxanaya üz tutan türkiyəli pasiyentin müayinəsi həkimləri şoka salıb.
AZXEBER.COM haber7.com portalına istinadən xəbər verir ki, müayinədən sonra 6 uşaq anası olan xəstəni təcili surətdə əməliyyat edən cərrahlar onun bağırsağından uzunluqları 10 və 40 santimetr arasında dəyişən 8 soxulcan çıxarıb.4 saat davam edən əməliyyatdan sonra pasiyentin səhhətinin tədricən normallaşdığı bildirilir.