"Sinoptiklər soyuq havanın davam edəcəyi barədə məlumat veriblər, ona görə də ən yaxşı halda bu gün axşam və ya yaxın iki gündə buz meydançasının açılışı keçiriləcək", - o, deyib.
Buz meydançası ənənəvi yerdə deyil, Bakı bulvarının başqa yerində yaradılıb.
Qeyd edək ki, buz meydançasının açılışı dekabrın əvvəllərində keçirilməli idi, lakin noyabr ayı üçün xarakterik olmayan isti hava buz meydançasının açılmasına imkan verməyib.