Bakı polisi piyadaları cərimələyir - FOTO

Bakı polisi piyadaları cərimələyir - FOTO
MARAQLI
11:36 13.06.2011
1968

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, tədbirlər planında paytaxt ərazisində yerləşən yeraltı və yerüstü piyada keçidlərinin post patrul xidməti müfəttişləri, sahə inspektorları tərəfindən nəzarətə götürülməsi, küçə və yollarda təhlükəsiz davranış vərdişlərini aşılamaq məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi tapşırıqları verilib.

Vaqif Əsədov bildirib ki, tədbirlər planına uyğun olaraq, şənbə günündən etibarən Səbail, Nəsimi və Yasamal rayon ərazilərindəki yeraltı və yerüstü piyada keçidləri yaxınlığında reydlərə başlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları, PPX müfəttişləri, Səbail, Yasamal rayon polis idarələrinin rəis müavinləri və DYPŞ əməkdaşlarının iştirakı ilə keçirilən reyddə yol hərəkəti qaydalarını pozan 49 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Bölmə rəisi bildirib ki, onların hər biri “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbi ilə 10 manat məbləğində cərimələniblər.

Vaqif Əsədov cərimələnən piyadaların əksəriyyətinin tələbələr və yaşlı qadınlar olduğunu bildirib.

Bu il yanvarın 1-dən iyunun 10-dək Bakıda 680 piyada inzibati məsuliyyətə cəlb edilib.

Vaqif Əsədov bildirib ki, Bakıda yol qəzalarında piyadaların vurulması 49,8 faiz təşkil edir. Onun sözlərinə görə, bu müddət ərzində qeydə alınan hadisələrdən 4-ü piyadaların günahı səbəbindən baş verib və nəticədə 5 nəfər xəsarət alıb.

Vaqif Əsədov piyadalara yol hərəkət qaydalarına riayət etməyi, özlərinin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükə yaratmamağı tövsiyə edir: “Təyin olunmayan yerlərdən keçən piyadaların günahı üzündən yol qəzaları qeydə alınırsa, hadisənin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibati məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb edilirlər. Onların bu hərəkəti Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə tövsif edilərək onlara 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

{jcomments on}

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO