Bakıda 65 min tutumlu Olimpiya stadionu (FOTO)

İDMAN
13:33 06.06.2011
4740

Prezident İlham Əliyevin də iştirak etdiyi təməlqoyma mərasimində FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Prezidentə verilən məlumata görə 65 min tamaşaçı yeri olacaq Bakı Olimpiya Stadionunda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastrukturun inşası nəzərdə tutulub.

Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaqdır. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Bakıda Olimpiya stadionu 2015-ci ildə istifadəyə veriləcək. Bu barədə layihənin müəllifi və tikintini həyata keçirən Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkətinin memarlıq ofisindən memar Erdinç Çiftçi məlumat verib. Onun sözlərinə görə, tikintinin maya dəyəri 1 milyard ABŞ dolları olacaq. Stadionun FİFA və UEFA standartlarına tam cavab verəcəyi bildirilib. Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadion olacaq. Stadion 64 min tamaşaçı tutumuna malik olacaq. Hazırda Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumu olan Tofiq Bəhramov adına stadiondur. Stadionun ümumi ərazisi 32 hektar olacaq və onun örtülü hissəsi 300 min kvadrat-metr ərazidə yerləşəcək. Stadionun hündürlüyünün təxminən 45 metr olacağı gözlənilir. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində əvvəllər neft məhsulları ilə çirkləndirilmiş ərazidə tikiləcək. ARDNŞ neft məhsulları ilə çirkləndirilmiş torpaqlardan səmərəli istifadə etmək məqsədilə orada bəzi obyektlərin inşasını planlaşdırıb.

/// xeberoxu.com

 

OXŞAR XƏBƏRLƏR