Bu səbəbdən Mətbuat prospekti ilə Firudin Ağayev küçəsinin kəsişməsində, Şəfayət Mehdiyev küçəsi ilə Alatava su anbarı istiqamətində (Lider TV-nin qarşısındakı küçə), 3-cü mikrorayon dairəsindən Nəsimi metrosu istiqamətində (Zərifə Əliyeva parkının qarşısı), 8-ci km qəsəbəsi, Naxçıvanski və Köçərli küçələrində, Məhəmməd Hadi küçəsindən Ukrayna dairəsinə qədər, 20 yanvar dairəsi istiqamətindən Tiblisi prospekti ilə yolun sağ kənarı ilə Diaqnostika Mərkəzinin yanından Velotrekə qədər, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində (Cəfər Cabbarlı heykəlinin qarşısından Şəmsi Bədəlbəyli küçəsinədək) qazıntı işləri aparıldığından, yollar daralıb.
Vaqif Əsədov deyib ki, yolların daralması avtomobillərin hərəkətində müəyyən problemlər yarada bilər: “Bu səbəbdən sürücülərdən həmin küçə və yollarda hərəkət edərkən diqqətli olmaları, tıxacların yaranmaması üçün qaydalara riayət etmələri xahiş olunur”.