Bakının su təchizatı sistemi yenidən qurulur

MARAQLI
16:30 15.02.2011
2334

“Azərsu” Səhmdar Cəmiyyəti (SC) Bakının su təchizatı və kanalizasiya sistemlərinin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün podratçıların seçimi üzrə tender elan edib. Tender 6 lot üzrə keçirilir: Bakıda təsərrüfat-məişət kanalizasiya kollektorlarının xüsusi mexanizmlərlə təmizlənməsi (lot-1); Bakıda qəza vəziyyətində olan məhəllədaxili su kəməri şəbəkələrinin dəyişdirilməsi (lot-2); 1 saylı Zığ kanalizasiya nasosunun yenidən qurulması; Kür çayının sutəmizləyici qurğularının səthində üzən nasos stansiyalarının yenidən qurulması və sahilbərkitmə işləri; Bakıda “+160 Qərb” su anbarından Z.Xəlilov, Ə.Ələkbərov, M.Müşfiq və N.Nərimanov küçələrinə su kəmərlərinin çəkilməsi; Qobustan rayonunun yaşayış məntəqələrinin (Mərəzə qəsəbəsi, Təsi, Bədəlli, Sədəfli, Nərimankənd, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndləri) su təchizatı.

Tikinti işləri 2011-ci ilin sonuna qədər başa çatdırılmalıdır. Tenderin hər lotunda iştirak üçün rüsum 300 manatdır.

Təklifin dəyərinin 5 faizi həcmində bank zəmanəti ilə müşayiət edilən tender təklifləri aprelin 4-nə qədər qəbul ediləcək. Tender proseduru aprelin 5-də keçiriləcək.

// Interfax-Azərbaycan

 

OXŞAR XƏBƏRLƏR