'Bakcell', 'Azercell' işçilərin əməyi hesabına milyardlar qazanır, amma işçilərinə heç bir şərait yaratmır'

İQTİSADİYYAT
12:00 27.10.2012
3280
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin iri transmilli şirkətlərin həmkarlar ittifaqı yaratmaqda işçilərə mane olduqlarına dair fikirləri dərc edilib. İri şirkətlər- Azercell, bp, “Coca-Cola” həmkarlar ittifaqının yaradılmasına dair işçilər tərfindən heç bir müraciət olunmadığını bildirmişdilər. Modern.az-a müsahibə verən millət vəkli Səttar Mehbalıyev transmilli şirkətləri yanlış rəy yaratmaqda ittiham edib. “Bu şirkətlər nə vaxt Qarabağ əlili olan işçilərinə mənzil alıb verib?”- Adlarını sadaladığımız iri transmilli şirkətlər onlara həmkarlar ittifaqının yaradılması ilə bağlı müraciətlərin edilmədiyini, eyni zamanda işçilərə sosial şəraitin yaradıldığını və güzəştlər verildiyini bildiriblər. Bu, dünya praktikası ilə müqayisədə iri transmilli şirkətlər üçün qəbul edilən haldırmı? - Şirkətlər deyirlər ki, bütün sosial məsələləri həll etmişik. Bu şirkətlərdə heç bir sosial məsələ həll edilməyib. Bakcell, Azercell, bp-də çalışanların əməyi hesabına şirkət rəhbərləri gəlir götürürlər. Bu şirkətlər nə vaxt hansısa şəhid ailəsinə, Qarabağ əlili olan işçilərinə mənzil alıb veriblər? Hansı şəraiti yaradıblar? Təbii ki, heç birini. Bu şirkətlər bəyəm işçiləri üçün əlavə güzəştlər nəzərdə tuturlar, yoxsa onları istirahətə göndərirlər? Bu şirkətlərdə heç bir əlavə güzəştlər nəzərdə tutulmur. Amma neft -qaz sənayesi işçilərinin həmkarlar təşkilatı arasında bağlanan tarif sazişləri əsasında bu yaxınlarda neft sahəsində çalışanlara 400-ə yaxın güzəştli şərtlərlə, kooperativ əsaslarla ev veriləcək. Bəs onlar bunu niyə etmir? Onların da axı milyardlarla dollar gəliri olur. O şirkətlərdə işləyənllərin bəzilərinin uşaqları ödənişlii əsasla universitetlərdə oxuyur. Bu işçilərin öz övladlarının təhsil haqqını ödəmək imkanı olmur. Dövlət Neft Şirkəti və biz bu məbləği ödəyirik. Adlarını çəkdiyniz şirkətlərdən hansı biri işçi üçün bunu edir? Biz güzəştli şərtlərlə “putyovka” veririk. Bu da bağladığımız kollektiv müqavilələrdə əks olunub. Məsələn, ailədə 4 nəfər dincəlməyə gedirsə, xərcin 15% ni ödəyir. Bəzi sahə həmkarlar ittifaqı isə müqavilə bağlayıblar ki, o 15 faiz də müəssisənin gəliri hesabına ödənilsin. İşçi dincəlməyə pulsuz gedir. Bəs bu şirkətlər nə iş görürlər? İstər Azercell, istərsə də Bakcell və s. şirkətlər olsun, biz onlarla görüşəndə deyirlər ki, camaat həmkarlar təşkilatını yaranmasını istəmir. Əvvəlcə bir işçilərlə görüşmək lazımdır. Biz qarışıq və sırf xarici sərmayəyə əsaslanan müəssisələr və digər şirkətlərin 50 faizində sahə həmkarlar təşkilatını yaratmağa nail olmuşuq. Tək orada deyil. Bu yaxınlarda neft-qaz sənayesi işçilərinin həmkarrlar ittifaqının qurultayı oldu və qurultayda bu məsələ ilə bağlı söhbət etmişik. Onlar artıq “Bahar” neft yatağının işçiləri ilə həmkarlar ittifaqının yaradılması üçün görüşəcəklər. “Elə bir söhbət ola da bilməz”- Bir sıra QHT rəhbərləri belə bir ittiham irəli sürürlər ki, işçilərin konfederasiyaya müraciəti zamanı şirkət rəhbərliyinin icazəsi olması məsələsinə xüsusi önəm verirsiniz. - Elə bir söhbət ola da bilməz. Əslində fəhlələr özləri bizə gəlib müraciət edirlər. Biz də onları dəstəkləyirik. Şirkət rəhbərliyinin istəyib-istəməməyindən aslı olmayaraq, vətəndaşların həmkarlar ittifaqı yaratmaq istəyinə “yox” deyə bilmərik. Bu yaxınlarda Neftçalada transmilli şirkətin işçiləri mənimlə görüşdülər. Onlara iş yerində toplantı keçirməyə və həmkarlar təşkilatı yaratmağa imkan vermirdilər. Biz onlara başa saldıq və bunu parkda yaratdılar. İndi normal işləyib fəaliyyət göstərirlər. İşəgötürənlə də münasibətləri yaxşıdır. Məqsədimiz odur ki, sahə həmkarlar təşkilatı kollektivə girsin, fikirlərini öyrənsin. Kollektivin adına hansısa işəgötürən məmur danışmasın. Birbaşa həmkarlar təşkilatı ilə işçilər arsında münasibət yaransın. “Jurnalistlərin məgər hüquqları qorunur?”- Jurnalistlər arasında həmkarlar təşkilatı sahəsində durumu necə qiymətləndirirsiniz ?

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb