Bakcell-dən Ukraynadakı abunəçilərinə dəstək - Balanslarına 100 AZN yüklədi

İQTİSADİYYAT
15:09 24.02.2022
370
Bakcell şirkəti  Ukraynadakı vəziyyətlə əlaqədar olaraq  ölkədə rominqdə olan abunəçilərin nömrələrinin balansını artırıb.
 
AZXEBER.COM xəbər verir ki, hazırda Ukraynada olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə şirkət tərəfindən onların nömrələrinin balansına 100 AZN məbləğində pul vəsaiti yüklənib.
OXŞAR XƏBƏRLƏR