Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur - FOTO

Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur - FOTO
İQTİSADİYYAT
17:18 27.11.2018
5416
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması” layihəsi çərçivəsində təşkil edilmiş karyera sərginə qatılıb.

Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və "British Council” tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunur. Proqramın əsas məqsədi Bakıda yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediliblər. Əlilliyi olan şəxslər proqramda iştirak edərək müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını artırıb ki, bu da onlara gələcəkdə iş tapmaqda köməklik edəcək.

Tədbir zamanı iştirakçılara Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərlə yanaşı, aztəminatlı və həssas qruplara aid ailələrdən olan gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Bu fəaliyyət çərçivəsində, keçən il Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə "British Council” tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfransın keçirilməsinə dəstək göstərib. Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri addımların atılması müzakirə edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Bakcell, Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün internet portalın yaradılmasıdır. Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstərilir. Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək. Layihə çərçivəsində yaradılmış https://www.destekolaq.az/ internet səhifəsi karyera sərgisində nümayiş etdirilib, sərgi iştirakçılarına yeni sayt barədə geniş məlumat verilib.

Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
16:13 02.05.2025
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
15:54 02.05.2025
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
15:52 02.05.2025
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
15:48 02.05.2025
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
15:45 02.05.2025
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
15:36 02.05.2025
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
15:35 02.05.2025
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
15:17 02.05.2025
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
Beynəlxalq təşkilatdan Böyük Britaniyaya ÇAĞIRIŞ
15:13 02.05.2025
Beynəlxalq təşkilatdan Böyük Britaniyaya ÇAĞIRIŞ