“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu
İQTİSADİYYAT
15:07 05.05.2025
1458

İnnovasiya və sürət lideri "Bakcell” "Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” çərçivəsində "Ən uğurlu rebrendinq layihəsi” üzrə mükafata layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, bu nominasiyada brendin strateji mövqeyi ilə vizual təqdimatı arasında ardıcıl və güclü əlaqə qurmaq bacarığı qiymətləndirilir. "Bakcell” yeni brend kimliyi vasitəsilə innovativ yanaşmasını və inkişaf strategiyasını uğurla nümayiş etdirib.
"Bakcell”in 2024-cü ildə həyata keçirdiyi rebrendinq zamanı aparılan strateji və vizual yeniliklər bu mükafata layiq görülməsində mühüm rol oynayıb. Xatırladaq ki, şirkətin yeni loqosu 5 dinamik fiqurun ulduz formasında birləşməsi ilə "Bakcell”in insanları, məkanları və dəyərləri birləşdirən fəlsəfəsini, həmçinin rəqəmsal gələcəyə doğru sürətlə irəliləyişini simvolizə edir.
Qeyd edək ki, 2–3 may tarixlərində Azərbaycanda keçirilən "Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” yaradıcı sənayenin inkişafına dəstək məqsədi daşıyaraq, yerli və xarici mütəxəssisləri, marketinq rəhbərlərini bir araya gətirib.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO