Bakcell gənc developerlər üçün məzun gecəsi keçirdi

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirdi
İQTİSADİYYAT
18:07 18.03.2019
4556
"AppLab” Akselerasiya Proqramina ərizə qəbulu başlayıb

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti AppLab proqramının növbəti məzunlarını elan edib.

2018-2019-ci illər ərzində "AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək üçün təşkil edilmiş tədbirdə "Run2Help”, "Bilik.al”, "Madebyaz” və "Balta” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində "AppLab”ın mühüm rolu haqqında danışıblar. Gənc developeralərə Bakcell şirkətindən xüsusi sertifikatlar təqdim olunub.

"Biz görürük ki, Azərbaycanın gəncləri çox böyük bir potensiala malikdirlər. Mən əminəm ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər. Bakcell fəxr edir ki, ölkənin ən innovativ məkanlarından biri olan "AppLab” Mərkəzindəki şəraitdən yararlanan komandaların yaratdığı mobil tətbiqetmələr və məhsullar müxtəlif platformalar üzərindən yüklənir və artıq istehlakçılar tərəfindən aktiv şəkildə istifadə olunur. Bu, bizim fəaliyyətimizin effektiv olmasının bariz nümunəsidir və biz "AppLab” iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq”, deyə "Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.

Qeyd edək ki, Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. "AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. "AppLab” layihəsinin iştirakçıları şirkətin "AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

Ötən ilin sonunda İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə imzalanmış müqavilə çərçivəsində Bakcell ilə İNNOLAND startaplar üçün inkubasiya proqramını birlikdə həyata keçirirlər. Buna görə də "AppLab” artıq Akselerasiya Mərkəzi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, AppLab Akselerasiya Proqramına ərizə qəbulu açıq elan edilib. Daha öncə "AppLab”da inkubasiya prosesini uğurla başa çatdırmış "Run2Help” layihəsi isə artıq "AppLab” Akselerasiya Mərkəzinə qəbul olunub.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələri dəstəkləməyə davam edəcək.
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi