Bakcell İnkubasiya Proqramının iştirakçılarını seçdi

Bakcell İnkubasiya Proqramının iştirakçılarını seçdi
İQTİSADİYYAT
16:18 20.06.2019
5159
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzinin birgə inkubasiya proqramına birinci seçim başa çatıb.

Daxil olmuş 20-dən çox müraciət arasından seçilən 5 ideyanın müəllifləri öz startap layihələrini Seçim Komitəsi qarşısında təqdim edib. Ətraflı qiymətləndirmədən sonra, ən yüksək bal toplamış 3 startap komandası INNOLAND və Bakcell şirkətinin birgə inkubasiya proqramında iştirak etmək hüququ qazanıb.

AZXEER.COM xəbər verir ki, seçimlərdən uğurla keçən "Face Ads”, "ToWaves” və "Bon.az” komandaları öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. "Face Ads” sosial media sahəsində icraçı və sifarişçi arasında əməkdaşlığı formalaşdırmaq üçün yaradılmış platformadır. "ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. "Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən "cashback" əldə etməsi üçün yaradılan sistemdir.

Layihədən asılı olaraq, növbəti 3-6 ay ərzində startap komandaları INNOLAND və Bakcell təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edə biləcəklər. Bu dəstək sayəsində gənclər öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək imkanına malik olacaqlar.

Seçilmiş komandalar inkubasiya müddəti ərzində həm INNOLAND həm də "Bakcell”in AppLab mərkəzinin imkanlarından yararlanacaqlar.

Xatırladaq ki, Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində Bakcell və INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Bu əməkdaşlıq ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında strateji rol oynayir.

2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil