“Bakcell” pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

“Bakcell” pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib
İQTİSADİYYAT
16:54 30.09.2021
754

"Bakcell” şirkəti "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə birlikdə valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir.

Uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən daha bir layihə - "COVİD-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü sayəsində 30 nəfər gənc karantin zamanı təhsillərini onlayn davam etdirə bilib. Bu məqsədlə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndləri lazımı sayda kompüter və internet bağlantısı ilə təchiz olunub. Nəticədə, təşkilatın himayəsindəki gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan öncəki 2018/2019-cu təhsil ilinin göstəricilərini üstələyib.

"COVID-19 bütün dünyanı dəyişib və biz KSM Strategiyamızın ən prioritet istiqamətlərindən olan gənclərin təhsilinə töhfə vermək üçün yeni üsullar tapmalı olduq. Biz daha çox uşağın keyfiyyətli təhsil alması üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir”, -deyə "Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Qeyd edək ki, "Bakcell” 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən "Öz biznesinə başla və təkmilləşdir” layihəsi "Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb. Layihə assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunub. Layihədə iştirak edən gənclər "Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar.

"Bakcell” şirkətinin həyata keçirdiyi "Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
14:01 21.05.2025
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu