“Bakcell” Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

“Bakcell” Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq
İQTİSADİYYAT
20:27 23.10.2020
808
"Bakcell” şirkəti özünün yüksək keyfiyyətli və ən sürətli mobil şəbəkəsini işğaldan azad olunmuş torpaqlarımıza doğru genişləndirəcək.

Torpaqlarımızın düşməndən təmizlənməsinin ardınca "Bakcell” böyük qürur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək. Müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla "Bakcell” işğaldan azad olunmuş ərazilərdə dayanıqlı mobil rabitə infrastrukturunun qurulmasına başlayacaq.

Bu günlərdə "Bakcell” cəbhəyanı zonalar daxil olmaqla bütün ölkə ərazisində yüksək keyfiyyətli mobil rabitəni təmin etmək üçün şəbəkənin optimallaşdırılmasını və 24 saat ərzində nəzarət işlərini həyata keçirir. Hazırda cəbhəyanı ərazilərdə fəaliyyət göstərən səyyar baza stansiyaları sayəsində "Bakcell” burada kəsintisiz mobil rabitə xidməti göstərir.

Bütün sahələrdə ordumuza və xalqımıza dəstək olan "Bakcell” şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 500 min manat məbləğində vəsait köçürüb, digər sosial məsuliyyət layihələrinin icrasına başlayıb.

Xatırladaq ki, 2017-ci ildə Şirkət Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə yeni baza stansiyası qurulub. Daha sonra "Bakcell” şirkəti Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif hazırlayıb.

Rəşadətli ordumuzun zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
11:02 21.10.2026
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
11:01 21.10.2026
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:56 21.10.2026
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10:52 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var