bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb

bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
SOSİAL
12:48 21.10.2026
119
bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.

SABAH.city İnnovasiya Şəhərciyində keçirilən görüşdə gənclərin peşəkar inkişafı, əmək bazarının tələbləri, gələcək karyera perspektivləri və texnoloji yeniliklərin əmək bazarına təsiri müzakirə olunub. 

Bəxtiyar Aslanbəyli uğurlu karyera qurmaq üçün praktiki təcrübənin, xarici dil biliklərinin və davamlı öyrənmənin əhəmiyyətini vurğulayıb. O, əmək bazarında rəqabətədavamlı olmaq üçün nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazanmağın, bilik və bacarıqları davamlı inkişaf etdirməyin vacibliyini qeyd edib.

Süni intellektin sürətli inkişafına toxunan bp-nin vitse-prezidenti texnoloji yenilikləri izləməyin, yeni biliklərə açıq olmağın və dəyişən şəraitə uyğunlaşma bacarığının gələcək karyera uğurlarında mühüm rol oynadığını bildirib.

Görüşdə müstəqil öyrənmə, şəxsi inkişafla istirahət arasında balansın qorunması və sosial məsuliyyət məsələləri də müzakirə olunub. Bəxtiyar Aslanbəyli gənclərin gələcək peşə fəaliyyətlərindən asılı olmayaraq cəmiyyətin inkişafına töhfə vermələrinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində SABAH.city İnnovasiya Şəhərciyinə infotur da təşkil olunub. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş icraçı direktoru Nihat Məcidov qonaqları salamlayaraq şəhərciyin infrastrukturu ilə tanış edib.

İnfotur zamanı iştirakçılara mərkəzdə fəaliyyət göstərən laboratoriyalar, onların iş prinsipləri və imkanları barədə məlumat verilib. Gənclər innovasiya və texnologiya sahəsində müasir yanaşmalar, laboratoriyaların praktiki bilik və bacarıqların inkişafındakı rolu ilə tanış olublar.

Qeyd edək ki, "Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın məqsədi elm və təhsil sahəsində insan resurslarının inkişafına dəstək göstərmək, tələbə və məzunların praktiki bilik və bacarıqlarını artırmaq, müasir idarəetmə yanaşmalarını mənimsəmələrinə və peşəkar mühitə inteqrasiyalarına şərait yaratmaqdır.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?