“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq
İQTİSADİYYAT
17:18 26.05.2025
394
İnnovasiya və sürət lideri "Bakcell” regionun ən nüfuzlu innovasiya tədbiri -"INMerge” Sammitinin tərəfdaşı olacaq.
 
AZXEBER.COM xəbər verir ki, sammit çərçivəsində "Bakcell”in dəstəyi ilə baş tutacaq "Telco 2 Techco” panel müzakirəsində şirkətin baş icraçı direktoru Klaus Müller çıxış edəcək. Tədbirdə qlobal texnologiya və telekommunikasiya şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.  Panel müzakirəsi zamanı dəyişən dünyada baş verən çağırışlar, telekommunikasiya sənayesindən texnologiya sənayesinə keçid, son dövr yeniliklər, süni intellekt əsaslı məhsul və xidmətlərlə bağlı müzakirələr aparılacaq.

"Bakcell” innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də "Bakcell”in müştərilərinə təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda, şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata keçirilir. 

"Paşa Holding” tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq "INMerge” Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki "INMerge” Sammitində 5000-dən çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.

"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
21:18 27.05.2025
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
21:13 27.05.2025
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
21:09 27.05.2025
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
21:03 27.05.2025
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib