Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” - FOTOLAR

İQTİSADİYYAT
15:55 22.09.2020
259
Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində "Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Coca-Cola”, Bakcell, PASHA Bank, "Carlsberg”, "AzEcol” şirkətləri, ASAN Xidmət və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan aksiya Bakının 20 müxtəlif çimərliyində baş tutub. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında "ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası da var.

Ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə qayğını təbliğ edilməsi məqsədilə həyata keçirilən tədbir çərçivəsində bu il Bilgəh, Novxanı, Mərdəkan, Pirşağı, Şıxov, Hövsan və Sumqayıt ərazisində olan çimərliklər tullantılardan təmizlənib.

Sosial məsafənin qorunmasını təmin etmək üçün bu dəfə təmizlik aksiyasında iştirak edən könüllülər 10 nəfərdən ibarət kiçik qruplara bölünərək fərqli məkanlarda təmizlik işləri aparıblar. Nəticədə 5 min ton həcmində tullantı toplanaraq təkrar emala və utilizasiyaya yönləndirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq sahilyanı təmizlik aksiyasının bütün iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunub. Sosial məsafənin qorunması ilə yanaşı ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınıb. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunub.

Qeyd edək ki, Bakcell şirkəti artıq uzun illərdir ki ardıcıl olaraq bu aksiyada iştirak edir. Korporativ sosial məsuliyyətli şirkət olan Bakcell bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:19 29.10.2020

Diplomatlar və dövlət rəsmiləri Tərtərdə olarkən rayon ərazisi atəşə tutuldu

14:12 29.10.2020

Ermənistanın iki "Su-25" təyyarəsi məhv edildi - RƏSMİ

14:07 29.10.2020

Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"

14:00 29.10.2020

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

13:56 29.10.2020

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

13:53 29.10.2020

Elçin Əmirbəyov: "Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil"

13:47 29.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

13:45 29.10.2020

Deputat: Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər

13:44 29.10.2020

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

13:29 29.10.2020

Diqqət! Nazirlik adından saxta məktublar göndərilir

13:20 29.10.2020

Prezidentin köməkçisi: "Paşinyan, böyük səhvə yol verdin"

13:09 29.10.2020

“Ermənilərin təqdim etdiyi video saxtadır” - MN

13:08 29.10.2020

Hikmət Hacıyev diplomatlara həmrəyliyə görə təşəkkür edib

12:52 29.10.2020

Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib

12:51 29.10.2020

Bugünkü döyüşlərdə aviasiya vasitələri tətbiq olunmayıb - RƏSMİ

12:41 29.10.2020

Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"