“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır
İQTİSADİYYAT
14:54 27.12.2019
3558

Bakcell şirkəti öz abunəçilərinə Azərbaycanda ən geniş əhatə dairəsi və ən sürətli mobil internet xidməti ilə yanaşı, istehlak bazarının demək olar ki, bütün seqmentlərində əlavə fürsət və üstünlüklər təklif edir.

AZXEBER.COM xəbər verir ki, ölkənin ən irimiqyaslı loyallıq proqramlarından biri olan "Ulduzum”dan istifadə edən Bakcell abunəçiləri 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsində eksklüziv endirimlərdən yararlanırlar. Proqramın istifadəçiləri məşhur restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri, beynəlxalq çatdırılma və hətta aviaşirkətlərin təklif etdiyi özəl kampaniyalar və endirimlərdən istifadə imkanına malikdirlər.

"Ulduzum” tərəfdaşlar şəbəkəsinə beynəlxalq elektron ticarət və çatdırılma xidməti sahəsinin ən uğurlu şirkətlərdən biri olan "Mover.az” da daxildir. Bu əməkdaşlıq sayəsində Bakcell abunəçiləri "Ulduzum” kodu vasitəsilə Türkiyədən olan bütün çatdırılmalara 10% endirim qazanırlar.

 

Kitabsevərlər də "Ulduzum” proqramından yararlanır, çünki proqram tərəfdaşlarının geniş siyahısına Azərbaycanın ən populyar kitab mağazaları şəbəkələrindən biri olan "Libraff” da daxildir. Belə ki, Bakcell abunəçiləri "Ulduzum” kodu vasitəsilə "Teas Press”, "3 alma” və "YaY” nəşriyyatlarının kitablarına 10% endirim əldə edirlər.

Geniş "Ulduzum” şəbəkəsinə həmçinin ölkənin iri bankları da daxildir. 31 dekabr 2019-cu il tarixinədək qüvvədə olan kampaniya çərçivəsində Bakcell abunəçiləri "Ulduzum” kodundan istifadə edərək "NBCBank”dan pulsuz multivalyuta Gold kartını əldə edə bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl Bakcell yenilənmiş "Ulduzum” mobil tətbiqetməsini istifadəyə verib. Mobil tətbiqeməni yükləmiş Bakcell abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin, yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan "keşbeklər”, gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir. Proqram haqqında ətraflı məlumatı www.ulduzum.az səhifəsindən almaq mümkündür.


 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
14:55 12.09.2025
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
14:48 12.09.2025
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik