Bakı 100 il öncə işğaldan azad edildi

Bakı 100 il öncə işğaldan azad edildi
Siyasət
11:19 15.09.2018
3415
Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

AZXEBER.COM-un məlumatına görə, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilir.

Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə "Azərbaycan” qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir: "Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu”.

Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanılır.

Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olan Azərbaycan türkləri müzəffər ordunu xilaskar kimi böyük hərarətlə qarşılayır.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunur, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur.

Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 2000 şəhid verib.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq