“Bakı-2015”: Azərbaycanın basketbol yarışması üzrə rəqibləri bəlli oldu

İDMAN
20:21 05.05.2015
1461
Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 3x3 basketbol üzrə yarışan komandaların çıxış edəcəyi qruplar müəyyənləşib.

AZXEBER.COM Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, “Bakı 2015” Avropa Oyunlarının 3x3 basketbol üzrə yarışlarda Azərbaycan komandalarının mübarizə aparacağı qruplar və komandamızın rəqibləri bəlli olub. Kişilərdən ibarət yığma komandamız D qrupunda Andorra, Çexiya və İsveçrə komandaları, qadınlardan ibarət millimiz isə A qrupunda Niderland, İsveçrə və Yunanıstan komandaları ilə yarışacaqlar.

Qrupların tam tərkibi belədir:

Kişilər:

A qrupu

Sloveniya, Rumıniya, Litva, İsrail

B qrupu

Rusiya, İspaniya, Türkiyə, Belçika

C qrupu

Estoniya, Serbiya, İtaliya, Yunanıstan

D qrupu

Andorra, Çexiya, Azərbaycan, İsveçrə

Qadınlar

A qrupu

Niderland, Azərbaycan, İsveçrə, Yunanıstan

B qrupu

Çexiya, Belçika, Türkiyə, Ukrayna

C qrupu

İspaniya, Sloveniya, İrlandiya, Slovakiya

D qrupu

Rumıniya, Rusiya, İsrail, Litva
OXŞAR XƏBƏRLƏR