“Bakı 2015” də keçiriləcək daha bir idman növünün yeri açıqlanıb

İDMAN
16:47 22.09.2014
1094

“Bakı 2015 Avropa Oyunları” triatlon yarışlarının keçiriləcəyi idman obyektinin yerini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Avropanın 130 ən güclü idmançısının qızıl medal uğrunda mübarizə aparacağı bu yarış, Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində keçiriləcək.1500 metr üzgüçülük, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını özündə birləşdirən bu İdman növünün ilk Avropa Oyunlarının ən məşhur yarışlarından biri olacağı gözlənilir.İki gün davam edəcək yarış gələn il açılış həftəsinin sonunda –13-14 tarixlərində baş tutacaq.Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü, 4-ü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının iştirak edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR