Bu gün keçirilməsi nəzərdə tutulan Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı görüşünə son hazırlıqla davam edir.
Görüşlərlə bağlı Rusiya prezidenti Vladimir Putinin təyyarəsi artıq hava limanına eniş edib.
AZXEBER.COM-un məlumatına görə, Rusiya prezidentinin səfəri öncəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əsas girişi bağlanıb. Avtomobillər xüsusi yoxlanışdan sonra hava limanı ərazisinə buraxılır. Bu isə aereportun girişində uzun avtomoil quyruğunun yaranmasına səbəb olub.
Qeyd edək ki, artıq İran lideri Həsən Ruhani dünəndən ölkəmizdə rəsmi səfərdədir.

