Bakı aeroportunda möhtəşəm flaşmob – VİDEO

İDMAN
00:06 02.10.2014
2939
“Qarabağ”ın Bakıda “Sent-Etyen”lə oyunu zamanı stadionda böyük Azərbaycan bayrağı açılmışdı.
 
Bu da arenanda xoş görüntü yaratmışdı. Bayraq ideyasının müəllifi, journalist Şakir Eminbəyli bəy daha bir layihə gerçəkləşdirib. Bu dəfə Heydər Əliyev adına
Beynəlxalq Hava Limanında “Qarabağ”lılara sürpriz edilib.
 
Təmsilçimiz Milan “İnter”i ilə qarşılaşmaq üçün sentyabrın 29-da İtaliyaya yollananda futbolçuları yüksək motivasiya ilə yola salmaq məqsədi ilə flaşmob nümayiş etdirilib. Bu flaşmobda “Qarabağ”a azarkeşlik edən “İmarət” fan-klubu da iştirak edib.
 
Maraq üçün bildirək ki, flaşmobdan futbolçuların xəbəri olmayıb. Ümumiyyətlə, tədbir media nümayəndələrindən də gizli saxlanılıb. (publika.az)
OXŞAR XƏBƏRLƏR