Hövsan qəsəbəsindən "Əhmədli"yə gələn 10 TG 439 dövlət nömrə nişanlı 132 saylı marşrutda dəhşətli hadisə baş verib.
Bu gün səhər saat 9 radələrində avtobusda 65-70 yaşlı kişi sərnişinin gözlənilmədən halı pisləşib və o, huşunu itirib. Sürücü avtobusu "Əhmədli" metrostansiyası qarşısındakı dayanacaqda saxlayaraq sərnişini düşürüb. O, huşunu itirmiş qocanı asfaltın üzərinə ataraq yoluna davam edib.
Kişi ətrafdakı insanların hadisə yerinə çağırdığı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
///publika.az


