Bakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTO

Bakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTO
SOSİAL
11:53 14.08.2017
1981

 

Bu ilin mayından Azərbaycanda bütün ictimai yerlərdə, o cümlədən, kafe və restoranlarda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan olunub. Amma qanunun qəbulundan iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də əksər kafe və çay evlərində qəlyan ən vacib atributdur.

Əsasən binaların zirzəmilərində, yarıqaranlıq otaqlarda yerləşən qəlyan salonlarının daimi müştəriləri isə yaşı 15-18 aralığında olan yeniyetmələrdir.

Ən pisi də odur ki, evdən xəlvət qəlyan çəkməyə çay evlərinə üz tutan yeniyetmələr təkcə oğlanlar deyil, onlar arasında həmyaşıdlarına qoşulub məktəbdən qaçan qızlar da var. Bunu çay evlərinin administratorları da təsdiqləyirlər.

"Şəkil çəkdirib "Facebook”a qoymaq üçün qəlyan çəkirlər”

Reportaj hazırlamaq üçün üz tutduğumuz qəlyan təklif olunan çay evlərinin əksəriyyətində qapalı yerlərdə qəlyanın qadağan olunmasından xəbərsiz idilər.

Əksər çay evləri və kafelərdə qəlyanın əsas müştəriləri azyaşlılar olsa da, rəhbərlik bunu inkar edir. Qəlyançı Tural deyir ki, çay evinə şəxsiyyət vəsiqəsini göstərmədən girmək mümkün deyil: "Düzdür, gələnlərin çoxu gənclərdir, hətta azyaşlılardır. Amma biz 18 yaşdan aşağı uşaqları içəri buraxmırıq, mütləq şəxsiyyət vəsiqəsi istəyirik. Çoxu da heç qəlyanı başa düşmür, gəlir ki, qəlyanla şəkil çəkdirib "Facebook”a, "Instagram”a qoysun, lovğalansın”, - deyə qəlyançı deyir.

"Qəlyan çəkdiyi yerdə təzyiqi düşdü, huşunu itirdi…”

Qəlyançı deyir ki, son bir neçə il ərzində qadınlar arasında qəlyana çox maraq yaranıb: "Son 3-4 ildə qadınlar arasında qəlyana həddindən çox maraq yaranıb. Xüsusən də məktəb yaşlı qızlar dərsdən qaçaraq qəlyan salonlarına gəlirlər. Bəzi salonlar azyaşlıları buraxmasa da, onlara şərait yaradan da tapılır. Bizə tələbə qızlar dəstə ilə gəlib qəlyan çəkirlər. Hətta olub ki, bir dəfə bir qız qəlyan çəkəndə huşunu itirdi. Təcili yardım çağırdıq, məlum oldu ki, qəlyandan təzyiqi düşübmüş…”.

Sosioloq: "Qəlyana bu qədər maraq meşşanlığın əlamətidir"

Sosioloqlar da qəlyanın yeniyetmələr və gənclər arasında bu qədər populyarlaşmasını mənfi hal sayırlar. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, qəlyanın bu qədər yayılması cəmiyyətdə meşşan həyat tərzinin yaranmasının əlamətidir: "Yaşlılardan soruşsanız, görərsiniz ki, sovet dövründə belə əyləncələrin yayılmasına imkan verilmirdi. Çünki bu şeylər insanlarda ciddi həyat tərzindən kənarlaşmaq idi. Burada meşşan, yüngül həyat tərzi təbliğ olunur. Normal işi olan adam, elmlə məşğul olan tələbə və ya yaradıcılıqla məğul olan biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz. Hazırda cəmiyyətimizin əsas problemi maddi dəyərlərlərin mənəvi dəyərləri sıxışdırmasıdır. Bu hal cəmiyyətdə gərginlik yaradır. Bu həyat tərzi də cəmiyyətdə maddiyyata meyilliyi çoxaldır. Bu, cəmiyyətdə kriminal, arzuolunmaz halları, zorakılığı artırır”, - deyə sosioloq bildirir.

Qəlyan xərçəng yaradır

Mütəxəssislər bildirirlər ki, narahatedici məqam həm də 1 qəlyanın 50 siqaretə bərabər olması ilə bağlıdır. Hətta bəzi gənclərin qəlyanın tərkibinə narkotik vasitələr qatmaqla istifadə etdikləri də məlumdur. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər. Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir.

///virtualaz.org

 

 
 
 
 
 
 
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi