Bakı Dövlət Universiteti jurnalist dostlarını seçdi - SİYAHI

GƏNCLİK
15:55 20.06.2012
2646
Qocaman təhsil müəssisəsi media nümayəndələrini mükafatlandırdı, əməkdaşımız da onların arasındadır

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının banisi, publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubiley tədbiri və “Universitetin dostu” mükafatının təqdimat mərasimi keçirilib. Tədbiri universitetin rektoru, akademik Abel Məhərrəmov giriş sözü ilə açıb. O bildirib ki, Həsən bəy Zərdabi redaktoru olduğu “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb. Rektor kütləvi informasiya vasitələrinin Bakı Dövlət Universitetinə olan münasibətindən, universitet haqqında davamlı məlumatların ictimaiyyətə çatdırılmasında jurnalistlərin xidmətlərindən danışıb və “Universitetin dostu” mükafatının məhz buna görə təsis edildiyini vurğulayıb.

Abel Məhərrəmov 10 nəfər KİV rəhbərinin “Universitetin dostu”, bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq görüldüyünü diqqətə çatdırıb. Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev isə “Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik» mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova universitet-mətbuat münasibətlərindən, “Universitetin dostu” mükafatının təsis edilmə zərurətindən bəhs edib. Məruzələrdən sonra isə «Universitetin dostu» mükafatının təqdim etmə mərasimi başlayıb. Mükafata layiq görülənlərin bu şəxslərdir: Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Space” Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, Lide» TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Modern.az internet portalının baş redaktoru Elşad Eyvazlı, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu.

Eyni zamanda KİV-də BDU haqqında davamlı yazılarına görə mükafatlandırılanlar bu jurnalistlərdir: “Azərbaycan” qəzetinin şöbə müdiri İradə Əliyeva, “Şərq” qəzetinin baş redaktor müavini Yusif Nəzərli, SalamNews informasiya agentliyinin redaktoru Rəna Əkbərova, Az.TV-nin əməkdaşı Elşad Həsənli, Space TV-nin müxbiri Sevinc İsgəndərova, “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini Sarvan İbrahimov, “Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan, Azxəbər.com xəbər portalının redaktoru Hacıbəy Heydərli, AzərTAc İnformasiya Agentliyinin əməkdaşı İbrahim Əsədov, “525-ci qəzeti”in əməkdaşı Sevinc Qarayeva, APA İnformasiya Agentliyinin əməkdaşı Sevil Valehova, Trend İnformasiya Agentliyinin əməkdaşı İlhamə İsabalayeva, “Səs” İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərova, Modern.az internet portalının əməkdaşı Nihadə Eyyubova, Lent.az İnformasiya Agentliyinin əməkdaşı Nizam Rza, “Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı, “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Atif Eyvazov, “Qaynar.info” Milli Xəbər portalının baş redaktoru Fərid Şahbazlı, “Elçi” qəzetinin əməkdaşı Natiq Həziquliyev.

OXŞAR XƏBƏRLƏR