Bakı Dövlət Universitetində tələbə qıza qarşı cinayət törədilib
Milli.Az-ın məlumatına görə, universitetin şərqşünaslıq fakültəsinin tələbəsi, 22 yaşlıCeyla Qasımovatəhsil ocağında hücuma məruz qalıb.
O, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edərək bildirib ki, martın 12-də universitetin 1-ci korpusunun 7-ci mərtəbəsində sifətdən tanıdığı oğlan onu qarət edib. Gündüz saat 14 radələrində həmin oğlan onu hədələyərək barmağındakı qızıl üzüyünü alaraq qaçıb.
Polis bölməsindən Milli.Az-a bildirildi ki, hələlik faktla bağlı təhqiqat aparılır. Həmin oğlan zərərçəkmiş şəxsin tanıdığı şəxs olub. Ona görə də hələlik açıqlama verilmir.