Yaşayış xərcləri və istehlak səbətinin dəyəri ən yüksək olan şəhər seçilib.
Bu ada Honkonq layiq görülüb. Beynəlxalq müşavirlik şirkəti olan "Mercer" ən bahalı şəhərlər ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Ən bahalı şəhərlər sırasında Bakının da adı çəkilib.
Sıralamada Honkonqdan sonra Anqolanın paytaxtı Luanda yer alıb. Bir neçə ildir ki, cədvəldə 1-ci olan Luanda bu il valyutasının ucuzlaşması səbəbindən geriləyib. Ardınca Sürix, Sinqapur, Tokio, Konqonun paytaxı Kinşasanı da görmək olar. İlk onluqda bir neçə şərq şəhərləri ilə bərabər Cenevrə də özünə yer tapıb.
Ən bahalı şəhərlər
Bu siyahıda Azərbaycanın da adı var. Paytaxt Bakı yaşayış xərcləri və istehlak səbətinin dəyərinə görə bahalı sayılan şəhərlər sıralamasında 172-ci yerdə durur. Ötən il eyni sıralamada 33-cü yerdə olduğu deyilən paytaxt "Mercer" nəşrinin fikrinə görə ən çox ucuzlaşan şəhərlərdəndir. Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva 67, Türkiyənin İstanbul şəhəri 101, İran - Tehran 203, Tiflis isə 198-ci yerdədir.
Bahalı şəhərlər sıralamasında Bakı 172-cidir.
Araşdırmada sosial, iqtisadi şərait, o cümlədən səhiyyə, təhsil, sığınacaq, ətraf mühit kimi amillər nəzərə alınıb. İri şirkətlər də iş qurmaq üçün əsasən bu araşdırmanın nəticələrinə diqqət yetirirlər.
Anspress.com