Bakı Enerji Forumunun bir sessiyası Şuşada keçiriləcək

Bakı Enerji Forumunun bir sessiyası Şuşada keçiriləcək
SOSİAL
11:49 24.05.2022
264
Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum iştirakçıları ilə sessiya keçiriləcək.

"Report”un məlumatına görə, Forumun ilk iki günü - iyunun 2 -3-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas "Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.

Forumun proqramına aktual mövzular da daxil edilib: Rəhbər şəxslərin müzakirələri, qlobal enerji perspektivləri; Xalis sıfıra aparan yol; Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı; Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi; Ekoloji və sənaye təhlükəsizliyin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar; Neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr. Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiya - "Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi”, Dünya Bankının təşəbbüsü ilə keçiriləcək.

Аzərbaycan dövlət neft və sənaye universiteti və "BP Eksploreyşn" (Kaspian Si) limited şirkəti arasinda bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi ilə bağlı çərçivə sazişi də imzalanacaq.

Tədbirin məruzəçiləri arasında: Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri; Moldova və Serbiyanın Baş nazir müavinləri; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF); ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri; SOCAR, BP, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər enerji sektorunun şirkət rəhbərlərinin çıxışları gözlənilir.

Yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər forumun proqramına daxildir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib