Bakı iranlılara düşərli oldu - YENİLƏNDİ - FOTOLAR

Bakı iranlılara düşərli oldu - YENİLƏNDİ - FOTOLAR
İDMAN
21:31 31.05.2022
1514
21:29
 
Bakı 2022 Dünya Kubokunda bu gün tapançadan atəşaçma üzrə qadınların komanda yarışında koreyalılar tailandlıları önləyib. 

Stend açılığının səngər növü üzrə qızıl medal uğrunda yarışda ABŞ komandasının qadınları avstraliyalıları udub, kişiləri isə küveytlilərə uduzub.
 
Dünya Kuboku uğrunda final yarışlar sabah stend atıcılığının səngər növündə qarışıq komanda üzrə davam edəcək.
 

17:25
Bakıda keçirilən Dünya Kubokunda bu gün tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib. Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyub, qızıl medala yiyələnib. Bürünc medal uğrunda yarışda xorvatlar qələbə çalıb.

Eyni növdə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası qalib çıxaraq, danimarkalıları 17:5 üstələyib və qızıl medal sahibi olub. Polşalı qadınlar bürünc medala yiyələniblər.

Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İran komandası İtaliyanı 16:10 hesabı ilə geridə qoyaraq əldə edib. Bürünc medalı almanlar qazanıb.

Qeyd edək ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kuboku yarışları iyunun 7-dək davam edəcək.
 
 
** 
 
15:42
 
İranlı idmançı: "Bura gəlmədən öncə daha fərqli düşünürdüm. Amma indi hiss olunur ki, avropalı idmançılar artıq bu idman növündə asiyalılara çatırlar".
 
Dünya Kuboku turnirində kişilər arasında tapançadan atəşaçma üzrə komanda yarışında qızıl medal qazanan İran komandasının üzvləri Bakıda keçirilən Dünya Kubokunun Olimpiya oyunları səviyyəsindən də yüksək olduğunu bildiriblər.

Cavad Foruxi: "Çempion olduğumuz üçün çox şadam. Həqiqətən, burada möhtəşəm şərait var. Sözün açığı, hisslərimi ifadə edə bilmirəm. Belə gözəl yarışda, möhtəşəm məkanda qalib olduğum üçün özümlə fəxr edirəm”.

Sacad Lafmejani: "Təəssüflər olsun ki, fərdi yarışlarda qələbə qazana bilmədik. Azərbaycanda keçirilən Dünya Kubokunda güclü idmançılar iştirak edir. Bu da bizə bir az çətinlik yaratdı. Atletlərin hamısı yüksək səviyyəli idmançılardır. Açığı, təşkilatçılıq Olimpiya oyunlarındakından da əladır. Elə ölkələr var ki, Dünya Kuboku yarışlarını normal keçirə bilmir. Azərbaycan bu baxımdan digərləri üçün örnəkdir. Həqiqətən, təşkilatçıların çox əziyyət çəkdiyini görürük. Buna rəğmən, hər şey mükəmməl səviyyədədir. Bu turnirdə iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Komanda yarışlarında qalib olmaq bizim üçün fəxrdir. Bir daha bildirim ki, yarışlar çox gərgin keçir. Hiss olunur ki, avropalı idmançılar artıq asiyalılara çatırlar”.

Məhəmmədrəsul Efati: "Çempion olduğum üçün xoşbəxtəm. İtaliya ilə final matçı olduqca çətin keçdi. Demək olar ki, onlarla başa-baş mübarizə apardıq. Amma çempion olacağımıza əmin idim. Komanda yoldaşlarımla birgə əziyyət çəkərək çempion olduq. Bu da məni çox sevindirir. Azərbaycana belə möhtəşəm yarışı təşkil etdiyi üçün xüsusi təşəkkür edirəm”.

 










OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib