Bu gün Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetirilməli olan aviareys təxirə salınıb.
Aviareys Bakı vaxtı ilə saat 06:10-da "Türk Hava Yolları" şirkəti tərəfindən yerinə yetirilməli idi.
Türkiyənin "Anadolu" agentliyi isə yazır ki, qonşu ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən 6-7 yanvar tarixlərində Sabiha Gökçen hava limanına olan aviareyslərin sayı 20-25% azalacaq.
///APA