Bakı istintaq təcridxanasına ayaqqabıda mobil telefon keçirmək cəhdinin qarşısı alınıb - FOTO

Bakı istintaq təcridxanasına ayaqqabıda mobil telefon keçirmək cəhdinin qarşısı alınıb - FOTO
SOSİAL
21:19 28.08.2026
114
Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb.

Belə ki, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd mobil telefon və bir ədəd elektrik qidalandırıcısı (adapter) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR