Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, partlayış saat 15:00 radələrində baş verib. Hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. Partlayışla bağlı dəqiq məlumat verilmir. Partlayışa səbəb ərazidən keçən qaz borusunun dağılması və binaya dolan qaz olub. Əraziyə təcili tibbi yardımın həkimləri çağırılıb. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, baş verən hadisə zamanı xobəxtlikdən xəsarət alan olmayıb.