“Bakı Marafonu”nun qalibi uqandalı oldu - Fotolar

“Bakı Marafonu”nun qalibi uqandalı oldu - Fotolar
İDMAN
15:35 05.05.2019
6472

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2019”un qalibi müəyyənləşib.

"Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu ilk olaraq uqandalı İsmail Ssenyange qət edib. Uqandalı atlet marşrutu 1 saat 8 dəqiqə 35 saniyəyə başa vurub.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

 





 

qafqazinfo

OXŞAR XƏBƏRLƏR