Bakı məktəbində kütləvi zəhərlənmə olub? - VİDEO

Bakı məktəbində kütləvi zəhərlənmə olub? - VİDEO
SOSİAL
17:20 01.05.2026
1012
Aparıcı Aytən Səfərova Bakı şəhəri Xətai rayonu 257 nömrəli məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olduğunu iddia edib.
 

AZXEBER.COM xəbər verir ki, bu haqda aparıcı Aytən Səfərova sosial media hesabında paylaşım edərək bildirib:

Aparıcı bildirib ki, məktəbdə kütləvi zəhərlənmə baş verib:

"16:20 radələrində Bakı şəhəri Xətai rayonu 257 nömrəli məktəbdə kütləvi zəhərlənmə olub. Azyaşlılar zəhərlənib. Bir neçə Təcili Tibbi Yardım briqadası hazırda məktəbdədir. Yəqin ki, açıqlama veriləcək. İlkin məlumatlara görə, xlordan zəhərlənmə olub. Hansı şəraitdə, necə olub araşdırılar".

AZXEBER.COM mövzu ilə bağlı TƏBİB və Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) mövzu ilə bağlı açıqlamasını təqdim edirik:

"Mayın 1-də  nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib.  

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Hazırda şagirdlərin vəziyyəti normaldır".

 
OXŞAR XƏBƏRLƏR