Bakı məktəbində '8 mart'a görə rüşvət yığımı başladı - ŞİKAYƏT
MAQAZİN
14:45 06.03.2013
2670
Həmişə olduğu kimi 8 mart ərəfəsində Azərbaycan məktəblərində ciddi korrupsiya halları müşahidə edilir. Azərbaycan Respublikasının təhsil nazirliyi və Bakı şəhər Təhsil idarəsi məktəblərdə şagirdlərdən pul yığılmasının qadağan edildiyi və bunun qanunu əsaslarının olmadığı haqqında dəfələrlə xəbərdarlıq etsə də görünür bir çox məktəb rəhbərləri bu xəbərdarlıqları qulaq ardına vururlar. Redaksiyamıza zəng edən valideyinlərdən biri Bakının Nizami rayon ərazisində yerləşən 62 saylı orta məktəbdə şagirdlərdən məcburi qaydada pul yığıldığı qeyd edilir. Mənbəmizin verdiyi məlumata görə, hətta ibtidai siniflərdən birinin müəlliməsi uşaqların 20 AZN-dən toplayıb ona təqdim etdiyi pulu hər kəsin gözü qarşısında yerə ataraq, onun az olmasından gileylənib. Məktəbin direktoru Mətanət xanım isə məsələyə biganə yanaşır. Əməkdaşlarımızla danışan valideyinlər Təhsil Nazirliyini baş verən bu korrupsiya halını araşdırmağa çağırır.