“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
SOSİAL
21:05 16.04.2021
440
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib. 

Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən APA Economics-ə verilən məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zaur Hüseynov və QSC-nin digər vəzifəli şəxsləri iştirak ediblər.

İlk olaraq "Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR